Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, filalogiya elmləri doktoru, professor Nərgiz Paşayeva da “Şöhrət” ordeni ilə təltif olunub.
Xatırladaq ki, filalogiya elmləri doktoru, professor Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və Bakı Dövlət Universitetinin Filalogiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiridir.