25 Sentyabr 2014 16:42
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində təşkil edilən Din Xadimlərini Təkmilləşdirmə Kursunda Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Əflatun Amaşovla görüş keçirilib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ə.Amaşov kursların fəaliyyətə başlamasını müsbət hadisə kimi dəyərləndirib və bu layihənin Azərbaycandakı din-dövlət münasibətlərinin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Ə.Amaşov ölkəmizdə mətbuatın vəziyyəti, KİV-in ictimai-siyasi həyatdakı rolu, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında din xadimlərinə məlumat verib. Mətbuat Şurasının sədri dini mövzuların mətbuatda işıqlandırılması ilə bağlı fikirlərini də bölüşüb, bu sahədə çalışan jurnalistlərin peşəkarlığının artırılmasını vacib sayıb.

Sonda qonaq müdavimləri maraqlandıran suallara cavab verib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər