26 Sentyabr 2014 19:05
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər İttifaqının birgə təşkilatçılığı ilə Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin və yeniyetmələrin “Xəzər dənizinin ətraf mühitinin mühafizəsində gənc nəslin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Teleqraf.com xəbər verir ki, gənclər və orta məktəb şagirdləri ilə yanaşı ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşdə “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi uğurlu siyasət, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb.

Dəyirmi masada dövlət orqanları ilə yanaşı qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər