13 Aprel 2020 13:21
2 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftələrdə 5G texnologiyası ilə bağlı şayələr yayılmışdı. Bunlardan ən çox müzakirəyə səbəb olanı şəbəkənin koronavirus infeksiyasını yayması iddiası idi.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Teleqraf.comun suallarını cavablandıraraq, məsələyə aydınlıq gətirdi.

Müsahibəni təqdim edirik.

- 5G texnologiyasının koronavirus infeksiyasını yaydığı barədə fikirlər səslənir. Bunlar doğrudurmu?

- Qeyri-ciddi informasiyadır. Çinin Uhan şəhərindəki koronavirus yayıldığı ərəfədə 5G infrastrukturu quruldu. Bu da belə fikrin yayılması üçün təsadüfi rol oynadı. Eyni zamanda digər ölkələrdə də belə şayiələr yayılmağa başladı. Hətta bəzi yerlərdə qüllələri, infrastrukturu dağıdırlar. Hesab edriəm ki, bunlar reallığı əks etdirməyən məlumatlardır.

Bu sahə üzrə mütəxəsisslər, assosasiyalar var. Məsələn, GSM assosasiyası. 5G-nin standartını, tezlik diapozonunu, istifadə olunan avadanlıqların parametrlərini müəyyən edən standartlar və bu standarları qəbul edən təşkilatlar cavabdehlik daşıyır.

- Bəs bu şəbəkənin insan sağlamlığı üçün təhlükəsi varmı?

- 5G şəbəkəsi yayılmağa başladıqdan sonra iki istiqamətdə fikir irəli sürülürdü: 5G insanın immun sistemini zəiflədib sıradan çıxarır və güya koronavirus 5G ilə yayılır. Araşdırmalar və monitorinqlər bu fikirlərin əsassız olduğunu göstərir.

Mobil texnologiyalar yarandığı 30-40 il bundan əvvəlki dövrdən etibarən belə fikirlər həmişə olub. Bu fikirlər 2G, 3G, 4G texnologiyalarında da səsləndirilib. Həmin elektromaqnit şüalanması, qüllələr müəyyən standart əsasında hazırlanıb, beynəlxalq qurumlar tərəfindən təsdiq olunan parametrləri var. 3G, 4G, 5G-nin hər biri özünün tezliklərinə sahibdir. Bu tezliklər altında hazırlanan avadanlıqlar da var. Bunların yaratdığı elektromaqnit şüalanmasıhaqqında mütəxəssislərin, səhiyyə qurumlarının, texnoloji qurumların rəyi ondan ibarətdir ki, insan sağlamlığı üçün ciddi zərər törətmir.

- Məlumatlar əsassızdırsa, bu fikirlərin səsləndirilməsinə səbəb nədir?

- 5G texnologiyasında həm biznes, həm də təhlükəsizlik var. Kim bu texnologiyanı ilk dəfə tətbiq etsə, avadanlığı ilk dəfə istehsal etsə, üstünlük sahibi olacaq. Bu baxımdan Amerika ilə Çin arasında böyük qalmaqal yaranmışdı. Mənə elə gəlir ki, yayılan şayələrin də kökündə texnologiyanın biznes və informasiya təhlükəsizliyi ilə əlaqəli məsələlər durur.

- 5G bizə nələri vəd edir?

- 4G, 3G ilə müqayisədə 5G infrastrukturunun antenaları daha sıx quraşdırılacaq. Əvvəllər antenalar 1-2 km məsafə ilə quraşdırılırdısa, hazırda bu daha sıx olacaq. Antenaların quraşdırılması, istifadəsi zamanı, onların ətrafında müəyyən yaşayışın yerlərinin olub-olmaması məsələsi ilə bağlı oturuşmuş standartlar var.

4G-dən fərqli olaraq 5G nəinki böyük sürətlə məlumat ötürülməsini həll edəcək, bu, həm də yeni bir real dünya yaradacaq. Əşyalar uzaqdan idarə olunacaq. Evdə olan bütün əşyalar 5G-nin ətrafında bir-birinə inteqrasiya olunacaq. İnsanlar telefonda bir düyməni basmaqla hansısa bir əşyaya giriş əldə edəcək, məsələn, soyuducuya. Yeni bir real dünya yaranacaq.

Bu, yeni bir infrastrukturdur, böyük bir prosesdir. Bütün əşyaların internetə çıxışı bunun vasitəsilə gerçəkləşəcək.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər