Qardaş Azərbaycana dəstək üçün burada olmaq bizə qürur verir. Yüksək xidmət göstərmək üçün əlimizdən gələni edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu REACT-C19 layihəsinin koordinatoru Hamza Zeytinoğlu TƏBİB-in mətbuat konfransında deyib:
"Koronavirusla mübarizə üçün hökümət yüksək səviyyədə hazırlanıb. Qruplarımızı qırmızı, yaşıl, mavi və ağ bayraq rəngləri ilə adlandırdıq. Sabahdan etibarən layihəyə ilk olaraq Bakıdakı 4 xəstəxanada başlanacaq. Daha sonra rayonlara keçid edəcəyik".
O bildirib ki, paralel olaraq onlayn sistemdə koronavirusla bağlı həkimlərə təlimlər keçiləcək: "14 həftə sonra layihəmiz sona çatsa da, həkimlərlə əlaqələrimiz davam edəcək. Layihənin davamlı olması üçün çalışacağıq. Çox həyəcanlıyıq, hamımız gecə-gündüz dayanmadan işləyirik. Azərbaycan bu mübarizəyə şanslı başladı.
Bakı şəhərində xüsusi xəstəxanalar var. "Yeni klinika"da 100-dən çox ağır xəstə müalicə alır.
Layihə üçün Tibb Universitetinin 3 və 4-cü kursları cəlb olunub. Təlimlər 4 xəstəxanada bu həftə başlayacaq. Daha sonra növbəti bölgələrə keçid edəcəyik".