24 Aprel 2020 14:31
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan hökuməti mayın 5-i üçün karantin rejiminin yumşaldılmasından bəhs edir. Bunun üçün hazırlıq işləri görülür. Biz də əlimizdən gəldiyi qədər dəstək göstərməyə hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

ÜST rəsmisi bildirib ki, yaşlı insanların təhlükəsizliyinin təmin edilməsi əsas amillərdən biridir: “Xarici ölkələrdə yaşlı insanların birgə yaşadığı evlər var. Yüngülləşdirmə prosesində bu məsələ orada nəzərə alacaq".

Onun sözlərinə görə, Azərbaycanın karantin rejimindən necə çıxacağı qərarı verilən zaman xalqa güvənmək önəmlidir: “Çünki xalq bu əməllərə riayət etməsə, vəziyyət yenidən pisləşə bilər. Aprelin 10-dan bu yana yoluxma sayında azalma görünür. Bu, da bizi sevindirir. Amma yenə də tədbirli olmalıyıq. İnsanlar həftələrcə evdə olmaqdan çox yorulub. Ona görə də karantin rejimindən çıxmaq üçün də ciddi düşünmək lazımdır ki, vəziyyət yenidən pisləşməsin”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər