13 May 2020 17:26
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı hansısa məhdudiyyət mövcud deyil.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

"Lakin 31 mayadək beynəlxalq uçuşlar müvəqqəti dayandırılıb. Müstəsna hallar olduqda, qarşı tərəf vətəndaşları qəbul etməyə hazırdırsa, səfərlərin təşkili həyata keçirilir".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əlavə edib ki, ölkəmizdə tətbiq olunan karantin rejimi nəzərə alınaraq, vizaların diplomatik nümayəndəliklər , ASAN xidmət vasitəsilə verilməsi dayandırılıb: "Hazırda Azərbaycanın vizasız gediş-gəlişi olan ölkələr arasında da məhdudiyyətlər qüvvədədir. Vizaların verilməsi prosesi və məhdudlaşma qüvvədə qalmaqda davam edir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər