15 May 2020 19:10
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadakı vətəndaşlarımızın ölkəyə qayıdışı yalnız "Evə gedirəm" portalı vasitəsilə mümkündür. Portalda qeydiyyatdan keçmək lazımdır.

Bunu Teleqraf.com-açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, xaricdən gələnlər mütləq karantin müəssisələrinə yerləşdirilməlidir: "Bizim xaricdən gələnləri karantin zonalarında yerləşdirmək üçün imkanlarımız, texniki potensialımız həftədə 200-500 nəfər arasındadır. Tək Rusiya deyil, burada Ukrayna, Türkiyə, İran, Özbəkistan, Avropanın müxtəlif ölkələrindən vətəndaşlarımız yerləşdirilir.

Burada karantin infrastrukturunun verdiyi imkanlar nəzərə alınmalıdır. Bu mütləq nəzarət altında olmalıdır, buna görə də Rusiyadan gələn vətəndaşlar "Evə gedirəm" portalında qeydiyyatdan keçməlidir".

İbrahim Məmmədov bildirib ki, Dağıstan ərazisinə toplaşmaq barədə vətəndaşlara məlumat verilib: "Ora gəlməli deyildilər. Vətəndaşlardan xahiş olunur ki, portalda qeydiyyatdan keçdikdən sonra, mütləq şəkildə növbəni gözləsinlər".

Qurum rəsmisi əlavə edib ki, bütövlükdə karantin zonalarında vətəndaşların yerləşdirməsi imkanları genişdir. Daxildə yoluxanlar, yaxud onlarla təmasda olan adamlar da karantinə yerləşdirilir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər