24 May 2020 14:15
4 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni İbrahim Tatlısəsin gənc yaşında kəşf etdiyi azərbaycanlı müğənni Günel Zeynalova son görünüşü ilə fanatlarını təəccübləndirib. Kəsilmiş və sarı rəngə boyanan saçları ilə müğənnini görənlər Günelin illər ərzində etdiyi dəyişikliyi xatırlayıblar.

Teleqraf.com xəbər verir ki, indi görünüşcə tamamilə fərqli bir insan olan müğənni fotosunu İnstaqramda paylaşdıqdan sonra bütün diqqətləri üzərinə çəkib.

Daim estetik əməliyyatlarla dəyişən Günel uzun qəhvəyi saçlarını kəsdirərək yeni imic yaradıb.

O, fotosunu paylaşarkən belə yazıb: "Heç kimdən soruşmadım. İstədim və etdim. Bir müddət məni belə sevin".


Müəllif: Aysel Azad