"Mən əvvəl idmançı idim. Sonra Fövqəladə Hallar Nazirliyində işə başladım. Sizi inandırım ki, bəlkə də çox adam heç bilmir, fövəqladə hallar nə deməkdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri FHN-in əməkdaşı Bürhan Kərimov COVID-19 infeksiyası ilə mübarizədə ön cəbhədə dayanan peşə sahiblərinə həsr olunan konsert proqramında deyib.
"Bu işi görənlər bilir ki, insanın başına gələcək ən yaxşı şey başqalarına kömək olmaqdır. İnsanlar təkcə özlərini yox, başqalarını da fikirləşməlidirlər. Biz bir-birimizi fikirləşəndə güclü oluruq", - deyə o, əlavə edib.