Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com sərəncamın mətnini təqdim edir:
Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Abbasov Şəmsəddin Mustafa oğlu
Osmanov Mikayıl İdris oğlu.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Babayev Abdulla Balasaday oğlu
Dadaşov Nadir Dərya oğlu
Əsədov Adışirin Zeynalabdin oğlu
Qəhrəmanov Nəsib Bafadar oğlu
Nəzərov Rasim Mikayıl oğlu
“Tərəqqi” medalı ilə
Ağabalayev Əlikram Nəzir oğlu
Fətullayev Babək Baba oğlu
Heydarov Hüseynqulu Novruz oğlu
Həsənova Kübra Əbdüləhəd qızı
Kərimov Elimdar Heydər oğlu
Səmədov Nazim Məhəmməd oğlu
Səmədov Raquf Şahvələd oğlu
“Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə
Ağayev Sadıq Məlik oğlu
Babayev Vahid Əlimirzə oğlu
Hüseynov Əfqan Hüseyn oğlu
Kazımov Gülağa Qasım oğlu
Mahmudlu Cəbrayıl İdris oğlu
Rəhimov Ehtiram Bəşir oğlu
Rəhimov Vamik Malik oğlu.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 91-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətinin təmin edilməsi haqqında” 2003-cü il 21 fevral tarixli 857 nömrəli, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 9 avqust tarixli 1009 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 89; 2008, № 6, maddə 487; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1354, 2019, № 6, maddələr 1019, 1020) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.5.12-ci yarımbəndə “şuralarının” sözündən əvvəl “(elmi-texniki)” sözləri əlavə edilsin;
1.2. 4.5.24-cü yarımbəndə “şuraların” sözündən əvvəl “(elmi-texniki)” sözləri əlavə edilsin.
2. “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1370; 2017, № 11, maddə 2028; 2019, № 7, maddə 1231; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 may tarixli 1025 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2-ci bəndə “19.2-ci,” sözlərindən sonra “19.5-ci,” sözləri əlavə edilsin;
2.2. 2.2-1-ci bənddə “39.6-cı maddəsində” sözləri “19.2-ci, 19.5-ci və 39.6-cı maddələrində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.