Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin koronavirus infeksiyasından dünyasını dəyişən əməkdaşı, rejissor Samir Nemətzadə ilə bağlı paylaşım edib.
Bildirək ki, İ.Məmmədov mərhum S.Nemətzadə ilə eyni qurumda çalışıblar.
"O, şəkil çəkdirmək üçün belə oturmayıb. Samir həmişə bu şəkildəki kimi idi. Yumşaq təbəssüm, xoşniyyətli adamın cizgiləri və baxışları 24 saat simasından çəkilməzdi. Sonuncu dəfə onu Operativ Qərargahın mətbuat konfransında gördüm. Uzaqdan salamlaşdıq. Bu cizgilər o gün də simasında idi. Xatirimdə elə belə də qalacaq. Allah rəhmət eləsin!", deyə İ.Məmmədov bildirib.
Qeyd edək ki, hazırda AzTV-nin daha 5 əməkdaşı xəstəxanada müalicə alır. 3000-ə yaxın əməkdaşı olan AzTV-nin yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar evdə qalaraq fəaliyyətlərini davam etidirirlər.