Tibb elmləri doktoru, professor İbadulla Ağayev Azərbaycanın Baş epidemioloqu vəzifəsindən istefa verib.
O özü bu xəbəri Teleqraf.com-a təsdiqləyib:
“Ərizə yazıb bu vəzifədən getdim. Mənə heç kim təkid etmədi. Sadəcə özüm ərizə yazdım. Haqqımda fikirlər səslənir ki, Azərbaycanın 80 faizini saxlaya bilərəm. Mən əməkdar elm xadimi, əməkdar müəllim, Azərbaycan Tibb Universitetində kafedra müdiriyəm. Tam sağlam adamam. Dövlət tərəfindən heç bir yaşlını işdən çıxarmırlar. Sadəcə özüm çıxdım, bu, mənim öz qərarımdır.
Məni tanıyanlar bilir ki, mən kiməm. Tanımayanların yazdıqları fikirlər mənim üçün əhəmiyyətsizdir. Əxlaqı yerində olmayan insanlardır ki, ağzına gələni yazır. Mən korrupsiyaya bulaşmamışam. İctimai əsaslarla işləmişəm, baş epidemioloq olduğuma görə əlavə məvacib almamışam”.