"Karantin rejimi başlamazdan əvvəl ailələr daxilində yoluxma olubsa, hazırda bu davam edir. Bunun qarşısını ala bilmərik".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Karantin rejiminin tətbiqi yoluxmalarla sağalanların arasındakı fərqdən asılıdır. Biz bu virusla yaşamağa məcburuq, amma daim karantin rejimində yaşaya bilmərik. Bu gün müəyyən stabilləşmə olduğu üçün bundan danışa bilirik. Lakin qarşıdakı günlərdə karantin rejiminin uzadılması epidemioloji göstəricilərdən asılı olacaq".