15 Avqust 2020 21:48
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün dünyada pandemiya olan koronavirusla mübarizədə fəal həkimlərimizdən biri olan, Prezident təqaüdçüsü Məlahət Hümmətqızının müraciəti əsasında onunla görüşüb, geniş fikir mübadiləsi aparılıb.

Teleqraf.com xəbər verir ki, millət vəkili ölkəmizin keçdiyi çətin günlər, dövlət başçısının COVID-19 pandemiyası ilə mübarizədə gördüyü tədbirlər barədə danışıb.

O, cəmiyyətimizin Məlahət xanım kimi fədakar həkimlərimizin əməyini yüksək qiymətləndirdiyini də vurğulayıb:Məlahət Hümmətqızı həkim olmaqla bərabər həm də bir neçə hekayə kitabının da müəllifidir. Mən fədakar həkim, yazıçı Məlahət Hümmətqızına gördüyü işlərdən dolayı təşəkkür edirəm və gələcək fəaliyyətində uğurlar diləyirəm", - deyə o bildirib.

Görüş zamanı imzalı kitablarını da Qənirə Paşayevaya hədiyyə edən həkim kitablardakı hekayələrdən də bəhs edib.


Müəllif: Teleqraf.com