21 Avqust 2020 17:32
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə koronavirus xəstələrinin vəziyyətlərinin ağırlaşması daha çox may ayında müşahidə olundu.

Teleqraf.com xəbər verir ki, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, xəstəlik ağciyər çatışmazlığı ilə özünü büruzə verir:

"Əsasən yanaşı xəstəliyi olan xəstələrdə - artıq çəkidən əziyyət çəkənlər, ürək, böyrək və sairə xəstəliyi olan şəxslərdə ağırlaşmalar müşahidə olundu və kəskin tənəffüs çatışmazlığı sindromu yarandı. Koronavirus yeni olduğu üçün, hələ məlumatların az olması səbəbilə immunitet sistemimiz bu virusa anormal cavab verir və virus orqanizmi zədələnməyə başlayır. Yoluxma zamanı ağciyərlərə hava daxil olur. Ağciyərlər iltihabı maye ilə dolur və oksigenin alışı, karbonun verilməsi prosesi dayanır. Orqanizm oksigeni ala bilmədiyi üçün, digər orqanlarda zədələnmə baş verir. Dünyada daha çox ağciyər çatışmazlığı səbəbindən koronavirus xəstələri dünyasını dəyişir və ölkəmizdə bu göstərici 6 faiz təşkil edir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər