2 Sentyabr 2020 11:48
4 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) biznes imperiyasına rəhbərlik edən qardaşı Namiq Bakinski kimi tanınan Namiq Səlifov “oğru” adından məhrum edilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Praym Kraym” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, nüfuzlu “qanuni oğru”lardan heç biri Namiq Bakinskinin adından məhrum edilməsinə dair “proqon”un (“oğru fərmanı”) verilməsində iştirak etməyib və bunun qardaşı Qulinin ölümü ilə heç bir əlaqəsi yoxdur.

“Qanuni oğru”lar mediada yayımlanan “proqon”u “saxta” adlandırıblar.

Avqustun 31-də Namiq Səlifovun “oğru” titulundan məhrum edilməsi barədə qərarın Rusiya yeraltı dünyasının lideri, “qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) rəhbərlik etdiyi 20 tanınmış kriminal avtoritet tərəfindən verildiyi bildirilib. Müvafiq “proqon” üçün bütün cinayət dünyasına müraciət olunduğu iddia edilib.

44 yaşlı Namiq Səlifovun 47 yaşında qətlə yetirilmiş qardaşının varisi olması faktı avqustun 26-da açıqlanıb. Bu, Qulinin ayın 19-da vurulmasından sonra baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər