14 Sentyabr 2020 18:58
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə Azərbaycanda məktəb infrastrukturunun yenilənməsi, təhsilə qayğı və diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi gündəmdədir. Təsadüfi deyil ki, vaxtilə Azərbaycanda doğma yurdlarından didərgin salınmış 1 milyondan çox soydaşlarımızın qarşılaşdığı problemlərin həllində\n - onlar üçün yeni mənzillərin hazırlanmasından sonra dövlət təhsil infrastrukturunun yenilənməsinə ciddi önəm verməyə başladı. Bununla da Azərbaycan dövlətinin siyasətində təhsil hansı yeri və məqamı tutduğunu ortaya qoydu.

Bunu Teleqraf.com-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov deyib.

Ekspertin fikrincə, təhsilə önəm verən ölkələrin həm müstəqilliyi davamlı olur, həm də savadlı cəmiyyəti formalaşır:

“Azərbaycanda dövlət başçısı bu sahəyə çox qayğı göstərir. Xüsusi qeyd etmək istəyirəm, Heydər Əliyev Fondu, onun rəhbəri Mehriban Əliyevanın həyata keçirdiyi işlər bütövlükdə xalqımızın, dövlətimizin gələcəyinə ünvanlanmış böyük layihələrin tərkib hissəsidir. Azərbaycanın ən ucqar kəndində belə ən müasir infrastrukturla təmin olunmuş müasir məktəb binaları tikilir. Bu proses gələcəkdə də davam edəcək.

Görülən işlər təkcə bununla bitmir, təhsillə bağlı qanunvericilik təkmilləşdirilir. Təkcə məktəb tikintisi deyil, təhsildə yeni innovativ ideyaların tətbiq olunması, dərsliklərin mükəmməlləşdirilməsi, məktəb kitabxanalarının təchizatı məsələsi, bütün bunlar olduqca əhəmiyyətli və çox böyük layihələrdir. Bütün bunlar Azərbaycan vətəndaşının savadlı olmasına hədəflənib.

Mən cənab prezidentin məşhur sözlərini xatırlayıram: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, o ölkələrin davamlı, uğurlu inkişafını təmin edən başlıca faktor elm və təhsildir". İlham Əliyev belə ifadələrlə Azərbaycanın inkişafını təbii sərvətlərlə yox, məhz təhsillə, elmlə bağlamaq niyyətini ortaya qoyur. Azərbaycan gənclərinin xaricdə təhsil alması iəl bağlı dövlət proqramı da bunun tərkib hissəsindən biridir. Görülən işlər əslində çox böyük və genişmiqyaslı işlərdir, kompleks layihələrdir”.

İlqar Orucov bildirib ki, təhsilə ayrılan diqqət təkcə yeni məktəb tikintisi ilə yekunlaşmır: “Məsələn, Azərbaycan ali təhsil müəssisələrinin doktorantura pilləsində təhsil alan gənclərin Avropanın aparıcı ali təhsil müəssisələrinə göndərilməsi, tələbə mübadiləsi, ikili diplom proqramları çox ciddi layihələrdir.

Məktəb yaşlı uşaqlar üçün orta məktəblərdə xüsusi siniflərin yaradılmasından tutmuş təhsilin yüksək pilləsi olan magistratura və doktorantura pilləsinə qədər təhsilə hərtərəfli önəm verilməsi, hesab edirəm ki, görülən işlərin nə qədər əhatəli və planlı şəkildə həyata keçirildiyini göstərir. Azərbaycan bu gün dünyada ən aparıcı təhsil tutumlu ölkələrin təcrübəsini mənimsəyir. Bu istiqamətdə strategiya və proqramlar qəbul olunur. Azərbaycanın təhsillə bağlı gördüyü və həyata keçirdiyi işlər çox mükəmməldir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər