16 Noyabr 2020 09:27
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diabetin profilaktikası və müalicəsi üçün böyük səylər göstərilsə də, bu xəstəlikdən əziyyət çəkən insanların sayı artmaqdadır.

Teleqraf.com xəbər verir ki, BMT-nin Baş katibi bu barədə noyabrın 14-də qeyd olunan Ümumdünya Diabetlə Mübarizə Günü münasibətilə xatırladıb.

Dünyada bu xəstəlikdən 422 milyon insan əziyyət çəkir. Hər il 1,6 milyon insan isə diabet xəstəliyindən həyatını itirir. 2030-cu ildə bu xəstəlik insanın əsas “qatilləri” siyahısında yeddinci yeri tutacaq.

BMT başçısının sözlərinə görə, əhalinin həkimə müraciət etmək və lazımi müalicə almaq imkanının olmadığı aşağı və orta gəlirli ölkələrdə diabet xəstələrinin sayı daha tez artır.

“COVID-19 pandemiyası əlavə problemlər yaradır. Diabet xəstəliyinə görə müntəzəm qayğıya və müalicəyə ehtiyacı olanların çoxu müvafiq yardımları almaqda çətinlik çəkirlər. Eyni zamanda, diabetdən əziyyət çəkən xəstələrin şiddətli koronavirus infeksiyasına məruz qalmaları onların həyatı üçün çox təhlükəlidir”, -deyə Quterriş qeyd edib.

BMT Baş katibinin bildirdiyinə görə, gələn il Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Diabetlə Mübarizə üzrə Qlobal Müqavilədə nəzərdə tutulanları həyata keçirməyə başlayacaq. Yeni təşəbbüs, diabet xəstəliyinin və bununla bağlı ölüm hallarının artmasına qarşı səylərin daha da gücləndirilməsinə yönəldiləcək.

“Biz COVID-19 pandemiyasını aradan qaldırmaqla yanaşı, səhiyyə xidmətlərinin ümumi əhatə dairəsini təmin etmək, bu sahənin möhkəmləndirilməsini və sağlam həyat tərzinin təşviqi istiqamətində əlimizdən gələni əsirgəməməliyik“, - deyə BMT-nin Baş katibinin bəyanatında bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər