17 Noyabr 2020 00:26
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan qazaxıstanlı politoloq, jurnalist və blogerlər Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın da qonağı olublar.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Qənirə Paşayeva Azərbaycan-Qazaxıstan əlaqələrindən, tarixi kökümüzdən və birliyimizdən söhbət açıb.

Görüş geniş müzakirələr və dialoq şəklində keçib. Görüşdə iştirak edən “Ea-news.kz” portalının baş redaktoru Nurgali Jusipbay, “Halyk.kz” Yutub kanalının və “Altyn-Orda.kz” saytının rəhbəri Serik Maleyev, “Abai.kz” saytının baş redaktoru Nurgeldi Usbonov, Avrasiya İnteqrasiya İnstitutu politoloqu Samat Nurtaza, politoloq–blogerlər Kuanış Edilxanov, Almaz Altay, Ashat Kasenqali, Baurjan Serikbayev, Aman Mambetaliyev türk dünyasının göz muncuğu saydıqları Azərbaycanın öz müqəddəs savaşına başladığı gündən, internet üzərindən əldə etdikləri həqiqətləri dünyaya yaydıqlarını, eləcə də vətəndaşı olduqları ölkədə geniş müzakirə apardıqlarını söyləyiblər.

“Qənirə Paşayeva qazaxıstanlı sosial şəbəkə üzvlərinə döyüş gedən bölgələrdə göstərdiyi fədakarlıq və görüşləri ilə məşhurdur. Mən öz ana dilində bu qədər ağrı ilə danışan deputatı gördüyümdən məmnunam. Biz bir-birimizə dərdlərimizi öz dilimizdə deməliyik. Sən demə insan öz ana dilində danışanda xalqı tərəfindən daha çox sevilir”, - bloger Almas Altay bildirib.

Milli Məclisisn deputatı Qənirə Paşayeva 30 ilə yaxındır öz doğma yurd-yuvasından didərgin düşmüş insanların açı taleyindən, 1992-ci ildən sonra isə Qarabağda doğulub, sonra bu yerləri düşmən əsarətindən qurtara bilməyən insanların itirilən gəncliyindən və taleyindən canlı həqiqətləri yada salıb. Görüşdə eyni zamanda Azərbaycan MM-in Mədəniyyət Komitəsi ilə iki qardaş xalqın qəhrəmanlıq tarixindən bəhs edən birgə layihələri həyata keçirə biləcək birgə əməkdaşlıq planları da müzakirə edilib.

Nümayəndə heyətinin üzvü “Altyn-Orda.kz” saytının rəhbəri Serik Maleyev gözdən uzaq, ürəyə yaxın saydıqları türk yurdu Azərbaycanın bu gününü, 44 gündə baş verən hadisələrin ümumi məcmusunu gəlib öz gözləri ilə gördüklərini də taleyin xoş ironiyası adlandırıb. Və bildirib ki, bundan sonra da Azərbaycan həqiqətlərini qazax və digər dillərdə dünyaya yaymaqda ən yaxın köməkçi olacaqlar.

Görüşün sonunda Arzu Bağırovanın rəhbrəi olduğu RHİMİB-nin adından Qazaxıstandan gələn qonaqlara xatirə hədiyyələri təqdim olunub. Görüşdə Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü şair Əkbər Qoşalı, Beynəlxalq Türk Akademiyasının prezidentinin müşavri Füzuli Məcidli, jurnalist-araşdırmaçı Aida Eyvazlı da iştirak ediblər.

Qazaxıstanlı politoloq, bloger və jurnalistlərin səfəri ölkəmizin Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər