30 Noyabr 2020 09:37
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Napoli” klubuna məxsus “San-Paolo” stadionuna Argentina yığma komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradonanın adı veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Neapolun meri Luici de Madjistris açıqlayıb.

O, arenanın klubun adının sabiq futbolçusunun xatirəsinə ehtiram əlaməti olaraq dəyişdiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, noyabrın 25-də 60 yaşında vəfat edən dünya şöhrətli futbolçu Maradona 1984-91-ci illərdə “Napoli”də oynayıb. O, bu klubla 2 çempionluq, 1 kubok, 1 Superkubok və UEFA kubokunu qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər