8 Aprel 2021 12:18
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliten” QSC-də mobil telefon və sair elektron vasitələrdən istifadə etməklə gediş haqqının ödənilməsi istiqamətində işlər aparılır.

Bu barədə Teleqraf.com-a qurumdan bildirilib.

“Bununla belə, konkret olaraq hansısa sistemin və yaxud üsulun tətbiqindən söz açmaq erkəndir. Bununla bağlı hansısa əsaslı addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq", - deyə səhmdar cəmiyyətindən qeyd olunub.

Xatırladaq ki, bir çox ölkələrdə bütün nəqliyyat sistemində olduğu kimi metroda da NFC (Near Field Communication – Yaxın Məsafəli Əlaqə) sistemindən istifadə edərək ödəniş həyata keçirilir. Bu isə plastik kartlardan istifadə etmədən yalnız mobil telefon, qələm, üzük və digər əşyalar vasitəsi ilə təmassız ödəmə deməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər