Bakıda yeni 10 nömrəli xətt üzrə sərnişin avtobusları xidmətə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Qeyd edilir ki, sərnişin avtobusları Yasamaldakı MİDA Yaşayış Kompleksi, “Elmlər Akademiyası”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Ş.İ.Xətai” metrostansiyaları və Bakı Ağ Şəhər marşrut xətti üzrə hərəkət edəcək.