12 İyun 2021 00:39
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

Bundan başqa araşdırmalar zamanı piyadalara yol verməyən sürücülər də aşkar edilərək barələrində müvafiq təbrilər görülüb.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər