3 Noyabr 2014 15:35
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

BayMedia İnformasiya Agentliyinin əməkdaşı Habil Hüseynovun evi yağış suları altında qalıb.

Teleqraf.com-a açıqlama verən jurnalist bildirib ki, onun yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi Dilqəm Kişvəri küçəsi 17 q ünvanında yerləşən evi və həyətyanı sahəsi yağış sularına qərq olub.

H.Hüseynovun sözlərinə görə, evdə acınacaqlı vəziyyət yaranıb: “Yaranmış vəziyyətlə əlaqədar dünən axşam saatlarından ailə üzvlərimi qohumlarımın yanına göndərmişəm. Nə qədər çalışsam da, suyun evə dolmasının qarşısını ala bilmədim. Səhər tezdən rayonun su və kanalizasiya idarəsinə, o cümlədən Fövqəladə Hallar Nazirliyinin 112 çağrı xidmətinə zəng edim vəziyyət barədə məlumat vermişəm.

Hamısı bildirdi ki, aidiyyatı qurumlara xəbərə verilib, gələcəklər. Su artıq evi ciddi şəkildə zədələyəcək həddə çatıb, amma hələ də gələn yoxdur”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər