Azərbaycan Yazıçılar Birliyinin (AYB) poliklinikası başqa bir tibb müəssisəsinə birləşdirilib.
Teleqraf.com xəbər verir ki, "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi Şəxs Yazıçılar poliklinikasının ona qoşulması yolu ilə yenidən təşkil edilib.
Bununla yanaşı, mərkəzə daha bir neçə tibb müəssisəsi birləşdirilib.
AYB-nin mətbuat katibi Xəyal Rza "Report"a açıqlamasında bildirib ki, Yazıçılar poliklinikası səhiyyə ocağı olduğu üçün birliyin tərkibinə daxil olmayıb: "Sadəcə Yazıçılar poliklinikasında yazıçılara, o cümlədən digər yaradıcı qurumların üzvlərinə müəyyən güzəştlərlə tibbi xidmətlər göstərilməsi nəzərdə tutulub. Poliklinika əvvəllər Səhiyyə Nazirliyinə tabe olub, indi isə Bakı Baş Səhiyyə Mərkəzinə qoşulub".