Son üç il ərzində təqribən 27 197 nəfər müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə işə qəbul olunub.
Teleqraf.com-un məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hər il 8-9 min arası müəllim işə qəbul olunur.
Onun sözlərinə görə, bu il müsabiqədə iştirak edənlərin namizədlərin sayı 60 minə qədər artıb: “60 minə qədər namizəd müsabiqədə iştirak etməyə müraciət etsə də 46930 nəfər iştirak edir. Bu il vakansiyların sayı 7718-dir, lakin vakansiyaların 9 minə qədər artması gözlənilir”.