6 Avqust 2021 21:28
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə AzTV sədrinin xidməti maşını ilə qayda pozması barədə xəbərlər dolaşmaqdadır.

Teleqraf.com xəbər verir ki, kanal rəhbərliyi iddialara yazılı cavab verib. Cavabı təqdim edirik.

"Öncə məlumat verək ki, xəbər yayılan kimi məsələni araşdırmaq məqsədilə hadisəyə ilk reaksiya verən AzTV-nin özü olub. Sədrin göstərişi ilə TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi hadisəni araşdırmaq məqsədilə cavabdeh qurumlara, konkret olaraq BNA və DİN-ə müraciət ünvanlayıb. Müraciətimizə cavab olaraq bildirilib ki, həmin hadisə ilə bağlı digər media qurumları da zəng edib, maraqlanıblar. Lakin hər iki qurumdan alınan cavab belə olub: “Həmin ərazidə belə bir hadisə qeydə alınmayıb”. Başqa sözlə, sosial şəbəkələrdə və həmin şəbəkələrdə yazılan hər bir məlumatı dəqiqləşdirmədən, soruşmadan böyük həvəslə yayan “həmkarlarımıza” bir daha bildiririk ki, diqqətli olsunlar. Öz şəxsi maraq və prinsiplərindən çıxış edərək yalan məlumat yaymaq bir daha deyirik, jurnalistika yox, reketçilik, şantaj və qarayaxmadır. Tədbirə gəldikdə isə, bəli, iyulun 22-də, Mətbuat və Jurnalistika Günü ilə bağlı AzTV sədri Milli parkda keçirilən rəsmi tədbirdə iştirak edib. Lakin həmin tədbir zamanı xidməti maşın yol hərəkəti qaydalarını pozmayıb. Çünki vəzifəsindən və statusundan asılı olmayaraq heç kim qayda pozuntusuna yol verə bilməz. Hamı qanun qarşısında bərabərdir. O cümlədən feyk foto və xəbərlərlə ictimaiyyəti çaşdıranlar və jurnalistika adına xələl gətirənlər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər