Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının zirzəmisində fiziki şəxs Qasımov Tural Məmmədtağı oğluna məxsus obyektdə qanunsuz söküntü işlərinin aparılması faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz söküntü işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.