16 Dekabr 2021 00:41
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reanimasiyaya düşən xəstə daim müşahidə altında olur.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsrail Məhərrəmbəyli nazirliyin İnstaqram səhifəsində COVİD-19 mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, daim adekvat müayinələr, monitor müşahidələri aparılır:

"İnsanlar düşünməsinlər ki, reanimasiyaya düşənlər diqqətdən kənarda qalır. Əksinə, əminliklə deyirəm ki, stasionar palatalardakı xəstələrdən daha çox nəzarət altında olurlar. Bunun üçün heç bir qorxu, təlaş keçirməsinlər. Reanimasiyada olan xəstələrin bəzilərinin huşu özündə olur. Orada psixoloq-həkimlər də fəaliyyət göstərsə, xəstələrlə mütəmadi söhbətlər aparılsa, yaxşı olar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər