24 Dekabr 2021 15:44
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzi (STM) yarandığı vaxtdan etibarən dünya təcrübəsinə uyğun olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətin müxtəlif sahələrindəki fəaliyyəti ilə bağlı ictimai rəy sorğuları keçirir. Sorğu əsaslı analitik hesabatlarda ictimai rəyin dəyərləndirmələri - “İnam indeksi” adi ilə silsilə təqdim edilir. Təqdim edilən “İNAM İNDEKSİ-06” sosioloji tədqiqatda Prezidentin cari 2021-ci ilin ikinci yarısı üzrə siyasi, hərbi və diplomatik, sosial və mədəni sahələrdə, informasiya cəbhəsində çoxşaxəli və olduqca zəngin fəaliyyəti vətəndaşlarımızın rəyində əks etdirilib. Rəy sorğusu dövlətçilik tariximizdə ilk dəfə qədəm qoyduğumuz Zəfərin bir illiyi kimi misilsiz salnamənin yazıldığı ili azad Qarabağda möhtşəm bərpa və quruculuq mərhələsini əhatə edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc STM-nin "Prezident: Zəfərə davam, Zəfərə inam!" adlı icmal tədbirində deyib.

Z.Oruc bildirib ki, sözügedən dövrdə Azərbaycan xalqı öz siyasi liderinin milli maraqlara və qətiyyətli siyasi iradəyə əsaslanan qərarları sayəsində Qarabağda döyüş meydanında əldə edilən şanlı Zəfərin - siyasi, diplomatik, hüquqi, hərbi-strateji və informasiya müstəvilərində ardıcıl və davamlı möhkəmləndirilməsi, Qələbəmizin beynəlxalq və qlobal miqyasda özünütəsdiqi və etirafının şahidi olub: "Azərbaycanın əldə etdiyi yeni hərbi-geosiyasi üstünlük və statusu, analitiklərin “Azərbaycanın müharibə modeli”, “Qələbə formulu” kimi adlandırdığı yeni hadisə geniş tədqiqat və müzakirələrin mövzusuna çevrilib. Müvafiq olaraq Prezidentin Azərbaycana bütün sahələrdə Zəfərlər qazandıran fəaliyyəti - ictimai rəydə inam və etimadı, cəmiyyətimizdəki gözləntiləri doğruldaraq ən yüksək səviyyədə qalmaqda davam edib.

Özünün Ümummilli Lider şəxsiyyəti Heydər Əliyevlə fəxr edən xalqımız, XXI əsrdə heç bir ölkəyə nəsib olmayan Hərbi Lider, Qarabağı azad edən Sərkərdə fenomeni, Zəfər Marşalı kimi şəxsiyyətinin olması ilə qürur duyur.

Bu baxımdan təqdim edilən növbəti İnam indeksinin adını simvolik olaraq, “Zəfərlərə davam və inam” kimi də ifadə etmək olar. Qalibiyyət siyasətinin davamı olaraq, nəinki ölkəmizdə milli-lokal, eləcə də, regional və qlobal proseslərin gedişatının kökündən və xeyrimizə dəyişməsi - Prezident İlham Əliyevin strateji təfəkkürə əsaslanan fəaliyyəti, Birinci vitse-prezidenti Mehriban Əliyevanın sərrast ifadəsi ilə “onu güc mənbəyi olan Azərbaycan xalqının sevgisi, etimadı, inamı və dəstəyi fədakarlıqla doğrultması sayəsində gerçəkləşir”.

Millət vəkili qeyd edib ki, ötən bir neçə il ərzində dövlət başçısının siyasi iradəsi ilə aparılan genişmiqyaslı struktur və kadr islahatları yeni hakimiyyət quruculuğu kimi xarakterizə olunarkən, müharibədən sonrakı mövcud tarixi keçid qalib dövlət və cəmiyyət həyatında yeni dövrün başlanğıcı kimi səciyyəvidir:

"Bu baxımdan yeni dövrün siyasi təqvimində tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan müxtəlif aktual hadisələri ictimai rəy sorğusunda əhatə olunub. Sorğu Naxçıvan MR və azad olunan ərazilər istisna olmaqla bütün regionları əhatə edib. 1162 respondentin rəyi öyrənilib. Keçirilən əvvəlki sorğuların və cari sorğunun nəticələrinin təhlili Prezident amilinin Azərbaycan cəmiyyətində, ictimai təfəkkürdə ümummilli maraqlar baxımından birləşdirici, uzlaşdırıcı əsas güc mərkəzi olduğunu göstərir. Bu mövqe Prezidentə və hakimiyyətin digər qollarına, dövlət orqanlarına ictimai münasibətdə yaranan fərqli nəticələr baxımından özünü doğruldur.

Vətəndaşların ölkə həyatında müxtəlif aktual məsələlərlə, eləcə də dövlət qurumlarının fəaliyyəti ilə bağlı mövqeləri bu və ya digər dərəcələrdə fərqlənərkən, Prezidentə və Vitse-Prezidentə inam və etimadda birləşir, vahidlik, monolitlik təcəssüm etdirir. Hazırkı nəticələr dövlət başçısının fəaliyyətinə ictimai münasibətin ötən dövrlə müqayisədə ən yüksək göstəriciləri olduğunu deməyə əsas verir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər