Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ictimai xadim, tanınmış tarixçi və diplomat Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı yayıb.
Teleqraf.com xəbər verir ki, başsağlığıda deyilir:
"Azərbaycan Respublikasının ictimai xadimi, tanınmış tarixçi və diplomat Ramiz Abutalıb oğlu Abutalıbovun dünyasını dəyişməsi ilə bağlı Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı bildiririk. Allah rəhmət eləsin!"