Artıq çəki çoxlarının ən yaralı yeridir.
Teleqraf.com xəbər verir ki, artıq çəkinin bir çox səbəbləri var.
Bu səbəblərdən biri 2-ci tip diabet asılılığı ola bilər. Əgər şəkərli diabetiniz varsa, əvvəlcə düzgün qidalanmağın vacibliyini və sağlamlığınızın qorunmasında müstəsna rolunu dərk etməlisiniz. Düzgün pəhriz və arıqlamaq xəstəliyinizlə daha yaxşı mübarizə aparmağa kömək edəcək.
Sağlam qidalanma prinsiplərinə aşağıdakıları misal çəkə bilərik:
1. Az-az yemək yeyirik. Şəkərli diabetiniz varsa, gündə 4-6 dəfə yemək yeyin. Qidanın bu şəkildə paylanması qanda qlükoza səviyyəsini daha bərabər saxlamağa kömək edir.
2. Yavaş-yavaş arıqlayırıq. Pəhrizlə həftədə, təxminən 300-400 qram çəki itirə bilərsiniz. Həftədə 1 kq-dan çox çəki itirmək ürəkaçan nəticə deyil. Daha yüksək çəki itkisi zamanı zülal defisiti yarana bilər.
3. Lifli qidaların istehlakını artırın. Tərkibində lif olan qidaların kalorisi azdır. Onlar toxluq hissi yaradır və bağırsaqlarda karbohidratların udulmasını ləngidir, yəni qan şəkərinin səviyyəsini sabitləşdirməyə kömək edir.
4. Qidanızda zülalları yox, yağları məhdudlaşdırın. Sizin üçün heyvan zülalının əsas mənbələri balıq, quş əti, qaynadılmış və ya bişmiş ət, yaxud da az yağlı süd məhsulları olmalıdır.
Yağ qəbul edərkən, xüsusilə diqqətli olun. Məhsulu almazdan əvvəl onun qablaşdırılmasına baxın. Yağ tərkibi, həmçinin karbohidrat və zülal dəyəri, adətən qablaşdırmanın üzərində göstərilir.