17 Yanvar 2022 17:28
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 552 yeniyetmə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində “Pfizer” peyvəndi ilə aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.

Yeniyetmələrin vaksinasiyası üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər