Jurnalist Rüstəm Əbülfətoğlu (Əhmədov) Medianın İnkişafı Agentliyindəki (MEDİA) vəzifəsindən ayrılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə özü sosial mediada məlumat verib.
O, Agentliyin Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsindən öz xahişi ilə çıxdığını bildirib.
Qeyd edək ki, R.Əbülfətoğlu bu vəzifəyə ötən il təyin olunmuşdu.