4 Mart 2022 18:16
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Kapitalın İnkişafı Fondunun (UNCDF) ölkəmizdə səfərdə olan icraçı katibi xanım Priti Sinha və Fondun baş müşaviri Zəkəriyə Fellah ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, qonaqlara komitənin fəaliyyət istiqamətləri, qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas məqsəd və prinsipləri haqqında məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban Əliyeva da bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir.

Qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, böyük qayıdışa, reinteqrasiya və dayanıqlı məskunlaşma prosesinə hazırlıq məsələləri, bununla əlaqədar Dövlət Komitəsində aparılan işlər barədə məlumatlandırılıblar.

BMT-nin üzvü olduğu 30 il ərzində Azərbaycanın bu nüfuzlu təşkilatla bütün sahələrdə, o cümlədən qaçqınlar və məcburi köçkünlərə humanitar dəstək göstərilməsi sahəsində sıx əməkdaşlıq etdiyi vurğulanıb.

BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibi xanım Priti Sinha səmimi qəbula görə təşəkkürünü bildirib, təmsil etdiyi təşkilatın missiyası, beynəlxalq miqyasda həyata keçirdiyi layihələr, ölkəmizlə əməkdaşlıq perspektivləri barədə danışıb.

Hər iki tərəfi maraqlandıran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qonaqların sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər