24 Noyabr 2014 13:55
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun “X-Lady” konsultativ romanının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir düşüncə jurnalının redaktoru Fəridə Qasımovanın açlış nitqi ilə başlayıb.

Daha kitabın müəllifi Elnur Rüstəmov çıxış edib və kitabdan bəhs edərək romanı yazmaqda məqsəd və missiyanın mahiyyətindən , cəmiyyətə vermək istədiyi mesajdan danışıb.

Mərasimdə Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, Narınc Rüstəmova, Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu Orxan Fərəcli, Türkdilli Gənclər Birliyinin sədri Sahil Hacıyev və Yazıçı –dramaturq Elnurə Ayxan çıxış edərək, müəllifə öz xoş sözlərini bildiriblər.

Qeyd edək ki, “X Lady” psixoloji romanı Azərbaycanda bu janrda yazılmış ilk kitabdır. “X-Ladi” konsultativ xarakterli romandır. Roman evli olduğu halda başqa kişilərə aşiq olan X-Ledinin çırpınışları və düşdüyü vəziyyətdən çıxmaq üçün psixoloqa müraciət etməsidir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər