10 May 2022 10:59
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüssel görüşündən sonra ondan əvvəlki proseslər nəticəsində belə bir əminlik və qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə aid olan prosesə start verməyə, eyni zamanda delimitasiyaya başlamağa razılığını bildirib. Bu istiqamətdə səylər davam etdirilir. O ki, qaldı Ermənistanın bizim 5 prinsipi qəbul etməyinə, məsələ bundan ibarətdir ki, sülh danışıqlarından söhbət aparırıqsa, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən söhbət gedirsə, Azərbaycanın təklif etdiyi 5 bənd əsasında bu proses getməlidir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib

"Biz əvvəllər də demişdik, indi də o qənaətdəyik ki, hər hansısa qeyd-şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, bu, prosesi pozmaq anlamına gəlib çıxır", - o bildirib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər