19 May 2022 09:42
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbirin təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forum Assosiasiyası və ABŞ Stirling Fondudur.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təsisçi direktoru U.Koul Durham (ABŞ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbir açılış mərasimindən sonra 3 panel üzrə sessiya ilə davam edəcək.

“Sülhquruculuq, Sülhməramlılıq və Sabitlik üzrə Dinin Rolu” adlı birinci sessiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (Azərbaycan), Salam Sülh və Ədalət İnstitutunun prezidenti, Amerika Universitetinin Beynəlxalq Sülh və Münaqişələrin Həlli üzrə professoru Məhəmməd Əbu-Nimer (ABŞ), İranın Mədəniyyət və İslam Əlaqələri üzrə Dövlət Təşkilatının keçmiş sədri (İran İslam Respublikası), Əbuzar-İbrahimi Torkaman, Beynəlxalq Din və Diplomatiya Mərkəzinin prezidenti Ceyms Patton (ABŞ), G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti U. Koul Durham, Jr (ABŞ), İstanbul Rumeli Universitetinin professoru və keçmiş baş direktor və IRCICA-nın (İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi) keçmiş baş direktoru, İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Xalid Ərən (Türkiyə), MÜSLİM İnstitutunun rektoru və Pakistanın Cunaqad əyalətinin Devanı Martin Kottingem, İslami Yardımın Ümumdünya Xarici Əlaqələr və Təbliğat üzrə direktoru H.E.Sahibzadə Sultan Əhməd Əlinin (Pakistan) məruzələri dinləniləcək.

“Tolerantlıq və multikulturalizm: regional və dini perspektivlər” adlı ikinci sessiyada ICESCO-nun dialoq üzrə səfiri və WMCC (Dünya Media və Mədəniyyət Mərkəzi) idarə heyətinin üzvü, MJLC Avropa Müsəlman-Yəhudi liderləri şurasının vitse-prezidenti İmam Yahya Sergio Yahe Pallavicini (İtaliya), Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin nümayəndəsi Erix V.H.Kopişke (ABŞ), Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev (Azərbaycan), Danimarka İnsan Hüquqları İnstitutunun tədqiqatçısı Mari Jul Petersen (Danimarka), Dünya Dinləri Parlamentinin keçmiş prezidenti; G20 Dinlərarası İdarə Heyətinin üzvü Audrey Kitaqava (ABŞ), Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksey Nikonorov (Azərbaycan) məruzələrlə çıxış edəcəklər.

“COVID-lə mübarizədə dinin roluna dair regional perspektivlər” adlı üçüncü sessiyada Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun (DRL) Keçmiş Katibinin Köməkçisi, ABŞ Dövlət Departamenti, Amerika Katolik Universitetinin hüquq professoru Robert A.Destro (ABŞ), Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti, Yepiskop Vladimir Fekete (Azərbaycan), Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski (Azərbaycan), Yunanıstanın Saloniki Aristotel Universitetinin İlahiyyat fakültəsinin dekanı Nikolaos Maqioros (Yunanıstan), Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili (Azərbaycan) və Xorvatiyanın Zaqreb Universitetinin hüquq fakültəsinin dosenti Vanya Saviç (Xorvatiya) iştirak edəcəklər.

Panellər üzrə Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov (Azərbaycan), Stirling Fondunun prezidenti Edvard Rou (ABŞ) və Dünya Dinlərinin Dialoq İnkişafının icraçı direktoru (Din, Sülh və Dünya İşləri üzrə Berkley Mərkəzi, Georgetown Universiteti) Ketrin Marşal (ABŞ) moderatorluq edəcəklər.

Panellər müzakirə və sual-cavab sessiyası ilə yekunlaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər