20 May 2022 11:05
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Şəki rayonunda qurulacaq.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

Bu dəfə “Səyyar qəbul otağ”ı Şəki rayonu, Qumux kəndində təşkil olunacaq. Mayın 21-də saat 14:00-dan 15:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Müəllif: Yeganə Oqtayqızı