25 May 2022 16:59
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 2 974 nəfər vaksinasiya olunub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 345, ikinci doza vaksinlərin sayı 275 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 131-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 712 980, birinci doza peyvəndlərin ümumi sayı 5 346 518, ikinci doza vaksinlərin sayı 4 847 988 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 273 494, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 980 olub.


Müəllif: Teleqraf.com