1 Dekabr 2014 14:01
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın yeddi ölkəsində uşaq komputerlərinin istehsalı üzrə yerli əsasla zavodlar tikirik”.

Teleqraf.com xəbər verir ki, bunu “İntel” şirkətinin rəhbəri Con Devis, sabah Bakıda baş tutacaq XX Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.

Şirkətin daha altı ölkədə böyük zavodlarının qurulduğunu deyən C.Devis, inkişaf etməkdə olan dövlətlərdə də belə zavodların tikilməsində maraqlı olduqlarını söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda da uşaq komputerləri istehsal edəcək zavodun açılması mümkündür: “Biz bununla əlaqədar çalışırıq ki, ölkənin yerli imkanlarını yüksəldək”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər