1 Dekabr 2014 14:13
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Teleqraf.com-un xəbərinə görə, məlumatda bildirilir ki, ÜST-ə üzv olan ölkələr 1988-ci ildə Ümumdünya QİÇS-lə mübarizə Gününü təsis ediblər.

Ümumdünya QİÇS-lə mübarizə Günü hər il dekabrın 1-də İİV/QİÇS barədə maarifləndirmə və pandemiyaya qarşı beynəlxalq həmrəyliyi nümayiş etdirmək üçün qeyd edilir. Bu gün, hökumət və özəl tərəfdaşların pandemiyanın statusu barədə məlumatı yaymaq və İİV/QİÇS üzrə profilaktika, müalicə və qayğının tərəqqisini təşviqləndirmək üçün bir fürsətdir.

Hər il Ümumdünya QİÇS-lə mübarizə Günündə ÜST-nin Avropa üzrə Regional Ofisi ilə Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) birlikdə Avropada İİV/QİÇS nəzarətini əhatə edən, bütün 53 üzv dövlətlərində İİV və QİÇS hallarının sayı da daxil olmaqla, illik hesabat dərc edir. Avropada İİV infeksiyası artmağa davam edir. ECDC (Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi) və ÜST-nin Avropa üzrə Regional Ofisi tərəfindən ən son dərc olunan məlumatlara əsasən 2013-cü ildə, Avropa və Mərkəzi Asiya boyunca 136 000-dən çox yeni İİV halları qeydə alınıb.

Bu, 76 000-ə yaxın yeni hal qeydə alınan 2004-cü illə müqayisədə 80 faiz artım olduğunu göstərir. Məlumat verilmiş QİÇS halları son onillikdə AB/AİM (Avropa Birliyi/Avropa İqtisadi Məkanı) üzrə 48 faiz azalma olduğunu göstərdiyi halda, Şərqi Avropa və Mərkəzi Asiyada (EECA) QİÇS-lə yeni qeydə alınanların sayı üç dəfə artıb.

Avropanın İİV -ə cavabı epidemiya qarşı mübarizədə geri qalır: 2004-cü illə müqayisədə 80 faiz artıq yeni İİV halları.

ÜST-nin Avropa üzrə regional direktoru Zsuzsanna Jakab bildirir: “Avropa 2015-ci il üçün, hədəfi İİV/QİÇS-in yayilmasını dayandırmaq və onu azaltmaq olan Minilliyin İnkişaf Məqsədinə çatmağa nail olmayıb və zaman bitir. Yaranan sağlamlıq təhlükələri ilə getdikcə çox üzləşməmiz bizə xatırladır ki, İİV/QİÇS-ə qarşı sayıqlığımızın azalmasına imkan verə bilmərik.”

ÜST-nin risk qrupları üçün İİV-in profilaktikası, diaqnostikası, müalicə və qayğı üzrə yeni Ümumiləşdirilmış ÜST rəhbərlikləri 2014-cü il iyulda nəşr edildi. Rəhbərliklər dövlətlər üçün yeni İİV infeksiyalarını azaltmaq və beş risk qrupunun İİV-in müayinə, müalicə və qayğısından yararlanma imkanını artırmaq istiqamətində addımları təsvir edir.

Avropada QİÇS-in bitirilməsi: Müayinə və müalicənin artırılması; Risk qruplarının cəlb edilməsi; Yeni infeksiyaların qarşısının alınması; Anadan dölə ötürülmənı aradan qaldırmaq.

ÜST Səhiyyə Nazirliyinin QİÇS-lə Milli Mübarizə Mərkəzini QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun (GFATM) növbəti qrantı üçün “Konseptual təklifin” hazırlanmasında kömək göstərir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər