SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
Teleqraf.com xəbər verir ki, növbəti həftə avqustun 29-u və sentyabrın 2-də daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin 1-ci günü saat 15:00-dan 16:00-dək Şəmkir şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı) , 2-ci günü saat 11:00-dan 12:00-dək Tovuz şəhərində (Şəhər Parkı) 3-cü günü saat 11:00-dan 12:00-dək Qazax şəhərində (Heydər Əliyev prospekti, Mərkəzi Xəstəxananın yanı) , 4-cü günü saat 11:00-dan 12:00-dək Ağstafa şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək Daşkəsən şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.