27 Sentyabr 2022 09:20
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələrinə başsağlığı verib.

Teleqraf.com-un xəbərinə görə, bunu müdafiə naziri II Şəhidlər xiyabanını ziyarət edən zaman bildirib.

“Bu gün Azərbaycanda Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin”, - Z.Həsənov qeyd edib.

Qeyd edək ki, bu gün Vətən müharibəsinin ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib.

Hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin rəhbər heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.


Müəllif: Teleqraf.com