“Jurnalist Xədicə İsmayılın həbsində hər hansı bir siyasi məqam və ya jurnalist fəaliyyəti ilə bağlılıq yoxdur, o, konkret bir şəxsin vaxtilə həmkar olduğu bir gəncin şikayəti ilə saxlanılıb və haqqında həbs qətimkan tədbiri seçilib”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.
Onun sözlərinə görə, əvvəllər ciddi münasibətləri olmuş şəxslər arasında baş verən hadisəyə digərinin şikayəti əsasında hüquq-mühafizə orqanlarının qanuni reaksiyasına bəzi qurumlar tərəfindən siyasi don geyindirilməsi cəhdi anlaşılan deyil və bu, qətiyyən yol verilməzdir:
“Ən azı ona görə ki, Xədicə İsmayıl hökumət qurumlarının ittihamı ilə deyil, öz həmkarı və yaxın münasibətdə olan şəxsin şikayəti ilə həbs olunaraq haqqında araşdırmalar aparılır. Hamı bilməlidir ki, siyasi fəaliyyət, peşəkar jurnalsit fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda söz, mətbuat və informasiya azadlıqları mövcuddur və heç kim bu fəaliyyətə görə təqib olunmur.
Bəxtiyar