Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildiriblər ki, dekabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 10-da axşam qərb rayonlarında, dekabrın 11-də bəzi ərazilərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı proqnozlaşdırılır.
Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.