24 Oktyabr 2022 13:06
280
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi qəbul edildikdən sonra bəziləri görəcək ki, sənəd hansısa partiyanı ləğv etmək məqsədi daşımır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı deputat Zahid Oruc deyib.

O bildirib ki, qanun layihəsi yeni çağırışlara uyğundur və Venesiya Komissiyasının təkliflərinə əsaslanır:

“Bəziləri isə yeni qanun layihəsini az qala, Azərbaycan-Ermənistan cəbhəsinə çevirməyə çalışır. Qanun layihəsi qəbul edildikdən sonra, görəcəklər ki, məqsəd hansısa partiyaya qarşı deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər