1 Noyabr 2022 15:49
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 ayda Kliniki Tibbi Mərkəzə (KTM) it dişləməsindən 321 nəfər müraciət edib.

Teleqraf.com xəbər verir ki, bunu KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib.

O qeyd edib ki, müraciət edən hər bir şəxsə vaksin vurulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra qeydiyyatda olduğu ərazi üzrə müvafiq tibb müəsisəsinə yönləndirilib:

"Bu dövr ərzində it dişləməsi ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir".

Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər