23 Dekabr 2022 14:06
307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diplomatik nümayəndələrin sosial müdafiəsi gücləndirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, təklif olunan dəyişikliklər diplomatik xidmətdə çalışan vətəndaşların sosial vəziyyətini xeyli yaxşılaşdıracaq:

“Yeni müavinətlər təsis olunur. Diplomatların çalışdıqları ölkənin soisal-iqtisadi inkişaf səviyyəsinə uyğun fərqləndirici əmsallar veriləcək. Yeni müavinətlər, əmsallar sosial sığorta haqlarından da azad olunacaq”.

Komitə sədri Tahir Mirkişili deyib ki, dəyişikliklərdən sonra diplomatların məvacibi baza hissədən və fərqləndirici əmsaldan ibarət olacaq. Vergi baza məvacib hissədən tutulacaq: “Biz səfərdə olan zaman diplomatlarımızın qaldırdıqları məsələlərin hamısı bu qanunda öz əksini tapıb”.


Müəllif: Nemət

Oxşar xəbərlər